“Krım Türkiyəyə birləşdirilə bilər”


Ukraynanın keçmiş prezidentindən sensasion açıqlama

“Krımın Türkiyəyə birləşdirilməsi üçün referendum keçirilə bilər”. Bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Krım tatarlarının Krıma sahib olma hüququnun, Rusiyadan daha çox olduğunu bildirərkən deyib.

Çerniqiv Texnologiya Universitetinin tələbələri ilə görüşən Kuçma Krım yarımadasının Rusiyaya məxsus olmadığını deyib: “Əzəli rus torpağından bəhs etsək, Krımın kimə aid olduğunu açıq-aydın görərik. Krım Rusiyaya aid deyil. Krım tatarları köklü xalq olaraq bu mövzuda daha çox hüquqlara sahibdir”.

Kuçma Krım tatarlarının demoqrafik üstünlüyünü xatırladaraq yarımadada qanuni idarəetmə orqanları yarandıqdan sonra Türkiyəyə birləşmək üçün referendum keçirilməsinin mümkün olduğunu açıqlayıb.

Bəzi ekspertlər də hesab edir ki, Kuçmanın mövqeyi haqlıdır və bu ərazinin Türkiyəyə birləşdirilməsi daha ədalətlidir.
Qeyd edək ki, Qara dənizdə yerləşən Krım yarımadası bütün dövrlərdə Rusiyanın marağını cəlb edib. Son illər Rusiyada hətta Krımın bu ölkəyə birləşdirilməsi ilə bağlı müxtəlif səviyyələrdə çağırışlar da səslənirdi. Ruslar Krımı tarixi torpaqları saysa da, əslində Rusiya ölkənin bir çox regionları kimi bu yarımadanı işğal nəticəsində ələ keçirib.

1441-1783-cü illərdə Krım yarımadasında Krım Tatar Xanlığı mövcud olub. 1478-ci ildə Krım Xanlığı Osmanlı dövlətinin müttəfiqi olur.

1768-1774-cü illərdə davam edən Osmanlı-Rus Müharibəsinin nəticəsində imzalanan Kiçik Qaynarca müqaviləsi imzalanana qədər Krım bu durumda qalır. Müqavilə nəticəsində Krım Xanlığı Rusiyanın nəzarətinə keçir. 1783-cü ildə Krım Xanlığı Rusiya tərəfindən işğal edilir. Rus çariçası II Katerina dönəmində Krım tamamilə rusların nəzarəti altına keçdi.

1787-1791-ci illərdə Osmanlı Imperiyası ilə Rusiya arasında daha bir müharibə baş verir. Osmanlı imperiyası 1768-1774-cü illərdə itirdiyi Krımı geri qaytarmağa çalışsa da, buna nail ola bilmir.ÿ

Osmanlı imperiyası ilə Rusiya arasında 1853-1856-ci illərdə Krım müharibəsi baş verib. Müharibəyə Böyük Britaniya və Fransa da qoşulmuşdu. Osmanlı imperiyası tərəfində döyüşən Britaniya və Fransa Rusiyanın Avropa və Aralıq dənizinə girməsinə imkan vermək istəmirdilər. Müharibə müttəfiqlərin qələbəsi ilə nəticələndi. Rusiya bu müharibədə Osmanlı donanmasını məğlub etdi.

Rusiya mənbələrinə görə, Mərkəzi Komitənin o zamankı birinci katibi Nikita Xuruşşov hələ 1944-1947-ci illərdə, Ukrayna Nazirlər Kabinetinin birinci katibi olduğu vaxtlarda Krımın Ukraynaya birləşdirilməsi barədə düşünüb. 1954-cü ilin yanvarın 25-də Krımın Rusiyadan alanaraq Ukraynanın tərkibinə keçirilməsi haqqında məsələ Mərkəzi Komitənin Rəyasət Heyətində müzakirəyə çıxarılıb və Krımla bağlı təklif qəbul olunub. Nəticədə Krım Rusiyadan alınaraq Ukraynaya verildi.

1783-ci ildə II Yekatrinanın imzaladığı müqavilədə yazılıb ki, yarımada öz müstəqilliyini elan edə və üçüncü ölkəyə verilə bilməz. Belə olan halda Krım Türkiyənin ərazisi hesab olunacaq.

Bu sənədə əsasən, əgər Krım müstəqillik elan etsə, yaxud üçüncü tərəfə verilməsi məsələsi gündəmə gəlsə,ÿTürkiyə Krıma sahib olmaq hüququnu bərpa etmək haqqına sahib olur.

Bəzi tarixçilər də məhz “Kiçik Qaynarca” müqaviləsini əsas tutaraq, Kuçmanın fikirlərinin əsaslı olduğunu və Türkiyənin Krımı daha çox haqq etdiyini bildirirlər.

Akif