Pərviz Həşimlinin məhkəməsi yubanır

Jurnalist Ali Məhkəmədən qərar gözləyir

Vəkil Fariz Namazlı dünən Bakı Istintaq Təcridxanasında jurnalist Pərviz Həşimli ilə görüşüb. O, Bakı Apelyasiya məhkəməsinin ilkin baxış iclasının qərarından verilən kassasiya şikayətinə Ali Məhkəmədə hələ də baxılmamasından narahat olduğunu deyib.

Vəkil əlavə edib ki, Pərviz Həşimli qaynı Kamal Rüstəmovun qətlə yetirilməsindən dərin sarsıntı keçirib. Jurnalist hələ də ailəsi ilə açıq görüşə icazə verilməməsindən şikayətlənib.

Qaçaqmalçılıq və qanunsuz silah saxlamaqda ittiham olunan Pərviz Həşimli “Bizim Yol” qəzetinin parlament müxbiri, “moderator.az” saytının təsisçisi olub. Beynəlxalq təşkilatlar isə bu ittihamların saxta olduğunu ehtimal edərək, Pərviz Həşimlini “vicdan məhbusu” elan ediblər.