Novruz Məmmədov Əliyevin Sərkisyanla görüşündən yazdı

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ölkə başçısı İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın görüşü barədə tvitter səhifəsində fikirlərini paylaşıb: 

“Son 1 ayda münaqişənin həlli ilə bağlı Sarkisyanla keçirilmiş iki görüşdə belə bir qəti qənaətə gəlmişəm ki, onun psixi durumu bərbad vəziyyətdədir”. 

Ən yüksək səviyyəli görüşlər zamanı hamı müşahidə edir ki, onun işlətdiyi ifadələr, hərəkətləri, sifətinin mimikası situasiyaya adekvat olmur”.