ABŞ Ukraynaya əsgər yığır

ABŞ Müdafiə Nazirliyi yenidən Ukraynada “Sürətli Qurğu 14” birgə hərbi təlimlərinə start verəcək.

ANS PRESS-in məlumatına görə, təlimlərdə ABŞ-dan 200 əsgər iştrak edə bilər. Bu barədə çərşənbə axşamı ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının nümayəndəsi Qruqori Xiks xəbər verib.

“Biz yenidən bu təlimləri keçirməyi planlaşdırırıq”- deyə Xiks bildirib.

Reuters agentliyinin əldə etdiyi məlumata əsasən birgə təlimlərə 1100 hərbiçi olmaqla Azərbaycan, Kanada, Gürcüstan, Almaniya, Moldova, Polşa, Litva, Latviya, Rumıniya və Böyük Britaniya da qatılacaq.

Təlimlərin 16-26 sentyabr tarixində keçiriləcəyi planlaşdırılır.