Rus desantçıların Ukraynada ölümünü araşdıran deputat döyülüb

Ukraynada hərbi əməliyyatlarda iştirak edən desantçıların hansı şəraitdə öldüyünü araşdıran Pskov vilayət məclisinin deputatı Lev Şlosberq qəddarcasına döyülüb. Hazırda ağır vəziyyətdə xəstəxanada yatan deputatın qismən yaddaşını itirdiyi deyilir. Lakin Rusiyanın rəsmi mətbuatı bu barədə məlumat yaymır. Eyni zamanda desantçıların hansı şəraitdə öldüyü də gizlədilir. 
 
azadlıq.info