“Ukrayna təhlükəsizliyini qorumaq üçün NATO-ya qoşula bilər”
NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukraynaya birbaşa hərbi müdaxilədə ittiham edib.
ANS PRESS-in məlumatına görə, baş katib belə bir bəyanatla avqustun 29-da NATO-nun Brüsseldə keçirilən görüşündən sonra çıxış edib.
Rasmussen Rusiya ordusu və hərbi texnikalarının qanunsuz olaraq Ukrayna ərazisinə girdiyini və Ukraynanın suverenliyinin pozulduğunu bildirib.
Onun sözlərinə görə, Moskva Ukraynanın şərqindəki separatçılara, tank və artileriya qurğuları göndərir.