Ərdoğanın sərvəti açıqlandı

Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın sərvəti açıqlanıb. Axar.az xəbər verir ki, Ərdoğanın sərvətinə bunlar daxildir:

 Daşınmaz əmlak: Güneysu-Dumankaya kəndi – 2.000 kvadrat metr torpaq (dəyəri-təxminən 6 min manat)   

Minik avtomobili (dəyəri – təxminən 105 min manat)

Bank hesablarında nağd pul – təxminən 200 min dollar.

Yeni prezidentin sərvəti araşdırılarkən ən diqqət çəkən məqam Ərdoğanın oğlu Əhməd Burakın atasına 250 min manat borcunun olmasıdır.