«Fövqəlnazir»ə xəbərdarlıq edilib

Kəmaləddin Heydərova nəzarətində olan mediada digər məmurların «vurulması» yasaq olunub

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova nəzarətində olan media orqanlarında digər məmurlarla bağlı tənqidi materialların verilməsilə bağlı xəbərdarlıq edilib. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirib ki, Kəmaləddin Heydərova deyilib ki, onun nəzarətində olan media orqanları bütövlükdə hakimiyyətin maraqlarının müdafiəçisi olmalıdır.

Orada hər hansı məmurun tənqidi hakim komandada ziddiyyətləri daha da dərinləşdirə və ciddi parçalanmaya səbəb ola bilər. “Kəmaləddin Heydərovun nəzarətində olan KIV-lərdə onun özündən və hakim ailədən başqa hakimiyyətdə təmsil olunan digərləri barədə tənqidi materialların verilməsinə icazə var idi. Xususilə bu KIV-lərdə Kəmaləddin Heydərovun rəqibləri hücumlara məruz qalırdı. Həmin məmurların bununla bağlı narazılıqlarını birinci şəxsə çatdırıb. Nəticədə ümumiyyətlə yüksək vəzifəli məmurların tənqid olunması qadağan olunub”, – deyə mənbə bildirib