“Arsenal” “Beşiktaş”ı yola saldı

“Arsenal” (İngiltərə) komandası “Beşiktaş”ı (Türkiyə) doğma meydanında 1-0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. “Beşiktaş” isə Çempionlar Liqası ilə vidalaşıb və Avropa Liqasının qrupunda oynayacaq.

Oyunun 75-ci dəqiqəsində Mathieu Debuçinin 2-ci sarı vərəqə almasından sonra “Arsenal” azlıqda qalsa da “Beşiktaş” bundan yararlana bilməyib.

Yeganə qolu “Barselona”dan yenicə transfer edilmiş çilili oyunçu Alexis Sançez 45-ci dəqiqədə vurub.