Türkiyənin yeni baş naziri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Əhməd Davudoğlu yeni prezident Rəcəb Tsyyib Ərdoğana qeyri-adi hədiyyə verib. Hadisə AKP-nin ötən gün keçirilən 1-ci fövqəladə qurultayında baş verib.
Baş nazir prezidentə məşhur türk şairi Nəcib Fazil Kısakürekə aid “Utansın” şeirinin Osmanlı əlifbası ilə yazıldığı tablo bağışlayıb. Davudoğlunun şeirdəki, “Ustada qalırsa bu öksüz yapı, Onu sürdürməyən çırak (şəyird) utansın” – misralarına görə bu əsəri məxsusi seçdiyi bildirilir.
Xatırladaq ki, Türkiyənin 12-ci prezidenti seçilərək baş nazirlikdən və AKP sədrliyindən istefa verən Ərdoğan sabiq xarici işlər naziri Əhməd Davudoğlunu baş nazir təyin edib. Həmçinin ötən gün AKP-nin 1-ci fövqəladə qurultayında Davudoğlu bu partiyanın sədri seçilib.
Davudoğlunun Ərdoğana təqdim etdiyi tablodakı “Utansın” şeirini orijinal dili ilə oxuculara təqdim edirik (ans press):
UTANSIN
Tohum saç, bitmezse toprak utansın!
Hedefe varmayan mızrak utansın!
Hey gidi küheylan, koşmana bak sen!
Çatlarsan, doğuran kısrak utansın!
Eski çınar şimdi noel ağacı;
Dallarda iğreti yaprak utansın!
Ustada kalırsa bu öksüz yapı,
Onu sürdürmeyen çırak utansın!
Ölümden ilerde varış dediğin,
Geride ne varsa bırak utansın!
Ey binbir tanede solmayan tek renk;
Bayraklaşamıyorsan bayrak utansın!
NFK