Qadın 36 il hamilə oldu VİDEO

Hindistanlı gənc qadın Takre 1978-c ildə 24 yaşında olarkən hamiləlik yaşayıb.

Lakin müayinələr zamanı həkimlər dölün inkişafında problem olduğunu və hamiləliyin dayandırılmasının məcburi olduğunu deyir. Azadliq.info-nun  Dailiy Mail-ə istinadən verdiyi xəbərə görə gənc qadın cərrahi müdaxilədən qorxduğundan bir daha həkimə getmir və ağrılardan qurtulmaq üçün başqa yollar axtarır.Müəyən vaxt sonra ağrılar yoxa çıxır. 36 il sonra bu ağrılar yenidən baş qaldırır və daha da kəskinləşir. Həkimə müraciət etməyə məcbur olan və artıq 60 yaşında olan bu qadın həkimləri məəttəl qoyur. Müayinə zamanı onun qarnında daşlaşmış kütlə olduğu sonra ətraflı incılımədə isə bu kütlənin körpə skleti olduğu üzə çıxır. Qadını əməliyyat edən cərrah bu cür hamiləlik ilə ikinci dəfə üz-üzə qaldığını bildirib. Bundan əvvəlki qadın da 18 il ərzində bilmədən bətnində məhv olmuş körəsinin skletini gəzdirib.