Vəkillər onun dərhal azadlığa buraxılmasını tələb edir
AXCP üzvü Murad Ədilov barəsində həbs qətimkan tədbirindən verilən apelyasiya şikayəti üzrə məhkəmə təyin edilib. Bu haqda “Azadlıq”ı onun vəkili Yalçın İmanov məlumatlandırıb. Məhkəmə avqustun 25-i (birinci gün) saat 16-ya təyin olunub. Şikayətə hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Apelyasiya şikayətində avqustun 13-də Nərimanov məhkəməsinin Murad Ədilov barədə seçdiyi 3 aylıq həbs qətiikan tədbirinin qanunsuz və əsasız olduğu vurğulanıb və buna görə onun ləvğ olunması və dərhal edilməsi göstərilib.