AŞ PA Monitorinq qrupunun Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debano Qrex (qrex- rus dilində günah deməkdir) və Pedro Aqramunt Azərbaycana bu ilin mayında etdikləri səfərin nəticələri barədə hesabatı sentyabrın 3-də Parisdə müzakirəyə çıxaracaqlar. Bu görüşdə eyni zamanda Ermənistan üzər həmməruzəçilər Alex Fişerin və Alana Malenin hesabatları dinləniləcək.
Maraqlıdır ki, Azərbaycan üzrə həmməruzəçilərin adları «kürü» qalmaqalı ilə hallandığı kimi, Ermənistan üzrə məruzəçiləri də «Sevan foreli» ilə ittiham edirlər.
Bütün hallarda isə, məruzəçilərin may ayında hazırladıqları hesabatən sentyabrda müzakirəyə çıxarılması anlamsız bir şeydir, çünki yay aylarında dəhşətli repressiyalar baş verib və baş verməkdədir. Bu proses barədə ən yeni məlumatların hesabata əlavə edilib-edilmədiyi barədə isə heç kimin xəbəri yoxdur.
azadliq.info