Moldova MDB-dən çıxmağa hazırlaşır

Moldovanın baş nazirinin müavini Vlad Loqin mətbuata bildirib ki, onun ölkə MDB-dən çıxmaqla heç nə itirmir.  Onun sözlərinə görə, baş nazir Yuriy Lyanke bu günlərdə MDB üzvü olan dövlətlərə iclas üçün müraciət edərək, Rusiyanın Moldova üzərindən bir sıra malların keşirilməsinə tətbiq etdiyi məhdudiyyətlərin müzakirəsini istəyəcək. “Düşünürəm ki, bizim müraciətimizi qulaqardına vuracaqlar və iclas baş tutmayacaq. Məncə, biz əvvəldən MDB-yə daxil olmalı deyildik. Qərar vermək isə heç zaman gec deyil. Biz hər hansı müharibə başlamırıq, sadəcə olaraq, bizə təklif edilənlərə cavab veririk. Moldova MDB-dən çıxmaqla heç nə itirmir. Bu mənim qərarım deyil. Amma əgər MDB-dən çıxmaq üçün referendum keçiriləcəksə, mən oradan çıxmağa səs verəcəyəm”,- deyə, o, bildirib. 

Xatırladaq ki, Avropa Birliyi avqustun 1-dən etibarən Moldovaya münasibətdə gömrüksüz ixrac kvotalarını iki dəfə artırıb. 

azadliq.info