Moskva ilə alyans hansı nəticələri bölüşmək deməkdir
Dünyaya meydan oxuyan, regional birliklər adı ilə region dövlətlərinə fəlakətlər yaşadan Rusiya ətrafına yığmaq istədiyi dövlətlərə və… öz vətəndaşlarına nələri vəd edir?
Bu faktlar Azərbaycanı Rusiya ilə eyni blokda təsəvvür edənlər üçün də maraqlı olmalıdır…
1. Rusiya siyasi qətllərin sayına görə dünyüda birinci yerdədir.
2. Rusiya boşanmaların sayına görə dünyada lider ölkədir.
3. Rusiya gənclər arasında qətllərin sayına görə dünya birincisidir.
4. Rusiyada avtoqəzalar nəticəsində ölənlərin sayı inkişaf etmiş hər hansı bir ölkədə olduğundan iki dəfə çoxdur.
5. Rusiya uşaqlar arasında intihar statistkası üzrə dünyada ilk yeri tutur. Təkcə son 3 il ərzində bu ölkədə 1500 uşaq intihar edərək öz həyatına son qoyub. 1292 uşaq isə qatillər tərəfindən öldürülüb.
6. Rusiyada siqaretlə ilgili xəstəliklər üzündən hər il 300 min nəfər ölür.
7. Rusiya heroin istehlakına görə dünyada ilk yeri tutur. Bu ölkədə hər il 30 min nəfər adam normadan artıq narkotik qəbul etdiyinə görə vəfat edir.
8. Son bilgilərə görə Rusiyada əhalinin 25 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
9. Rusiyada hər il 50 min nəfər alkoqolun israfçılıqla qəbul edilməsi səbəbindən ölür. Uyğun olaraq, hər 40 min nəfər qətlə yetirilir, 40 min nəfər isə intihar edir. İldə 24 min nəfər yol-nəqliyyat qəzalarında həlak olur. Ümumiyyətlə isə, Rusiyadakı müalicəsi mümkün olmayan alkoqoliklərin rəsmən etiraf edilən sayı 3 milyon nəfərdən artıqdır.
10. Rusiyada ildə 1 000 000 abort əməliyyatı edilir.
11. Rusiyada orta hesabla gündə 200 nəfər, ildə isə 70 min nəfər itkin düşür. (Bu il ərzində rəsmən axtarışa verilən insanların sayıdır).
12. Rusiya aviaqəzalar nəticəsində ölümlərə görə də dünya lideridir.
13. Rusiya insan alverinə görə dünya lideridir. Bu ölkədən hər il 50 min nəfər qədər qadın Mərkəzi Avropa ölkələrinə və ABŞ-a aparılır.
14. Rusiya ölkədən çıxarılan çirkli pulların miqdarına görə dünya lideridir.
15. Rusiyada hal-hazırda 260 min valideynsiz uşaq var…
daha ətraflı təəssürat üçün videonu izləyin


