Mitinqlərlə bağlı qərarın müəllifi məlum oldu

Pənah Hüseyn: «Qərarda açıq-aşkar yazılıb ki, aksiyaların davam etdirilməsi zəruridir»

Ictimai Palatanın aprelin 29-da keçirilmiş sonuncu sessiyasında mitinqlərlə bağlı qəbul olunmuş müvafiq qərar layihəsini IP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn hazırlayıb.
Bu barədə APA-ya o özü məlumat verib. Lakin o, qərarın aksiyaların keçirilməməsi ilə bağlı olması barədə deyilənlərlə razılaşmayıb: “Qərarda açıq-aşkar yazılıb ki, aksiyaların davam etdirilməsi zəruridir. Sadəcə vaxt göstərilməyib. Bir həftəyə, 10 günə vaxt da bilinəcək. Vaxt mayın 15-i də, mayın 21-i də, 28-i də ola bilər. Hər halda, vaxtın dəqiqləşdirilməsi sonsuzluğadək davam etməyəcək”.