Azərbaycanda daha bir meşədə yanğın

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub

Lənkəran meşəsində yanğın olub. 

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Mollakənd kəndində, rayon mərkəzindən 15 km aralı meşə ərazisində baş verib.

Meşədə 7 ha sahədə kol-kos, qurmuş ağaclar və kötükləri yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının hansı səbəblrdən baş verməsi araşdırılır.