Ermənilər gizirimizi vurdu

Cəbhədə 29 yaşlı gizir Valeh Xosiyev düşmən gülləsinə tuş gəlib

Azərbaycan Ordusunun giziri yaralanıb. Gizir Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində düşmən gülləsinə tuş gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu 1985-ci il təvəllüdlü Xosiyev Valeh Saleh oğludur. O, Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. 

Yaralanan hərbçi hospitala yerləşdirilib. Hərbçinin vəziyyəti orta-ağır qiymətləndirilir.