Ərdoğan vəsiyyətini açıqladı

Türkiyədə prezidentliyə namizəd və baş nazir Rəcəb Tayyib Ərdoğan İstanbul Maltəpə bələdiyyəsində seçicilərilə görüşüb.   Teleqraf.com-un məlumatına görə, mitinqdə Ərdoğan gözlənilməz çıxış edib. O, vəsiyyətini açıqlayıb: “Bu gün İstanbula vida etmirəm. Allah izn versə, doğulduğum bu şəhərdə vəfat etmək, heç olmazsa bu şəhərdə dəfn edilmək mənim ən böyük arzum və vəsiyyətimdir”.   Baş nazir partiyadakı bütün dostlarından hallalıq istəyib: “İnşallah son nəfəsimə qədər millətimlə, mənimlə birgə bu yolda olan dostlarımla, ən çox da İstanbulda olacağam. Sizin qarşınızda millət vəkili, baş nazir, prezidentliyə namizəd deyil, ilk növbədə Kasımpaşalı Rəcəb Tayyib Ərdoğan var. İnşallah bu, həmişə belə olacaq. Siyasətə ilk addımımı atdığım bu şəhərdə lap əvvəldən bu yolu mənimlə gələn dostlarımdan halallıq istəyirəm, haqqınızı halal edin”.