Droqba yenidən “Çelsi”də

Didye Droqbanın Londonun “Çelsi” klubuna keçidi baş tutub. Bu haqda Britaniya mətbuatı xəbər verib.
“Qalatasaray”dan ayrılan Didye Droqba iyulun 25-də “Çelsi” klubu ilə bir illik müqavilə imzalayıb. Müqavilənin şərtləri və Droqbanın nə qədər qazanacağı haqda məlumat isə verilməyib.
Droqbanın “Çelsi”yə yenidən transfer edilməsini klubun baş məşqçisi Joze Mourinyo istəyib.