«Bahalığa səbəb rəqabətin olmaması, rüşvət və gizli iqtisadiyyatdır»
Məlum olduğu kimi «Mercer» Beynəlxalq Konsaltinq Şirkəti dünyada əcnəbilər üçün ən bahalı şəhərlərin illik reytinq siyahısını açıqlayıb. Siyahıda Bakı 46 yerdə qərarlaşıb.
Əcnəbilər üçün ən bahalı şəhərlərAnqolanın paytaxtı Luanda və Çadın paytaxtı Ncamena, ən ucuh şəhər isə Pakistanın Karaçi şəhəridir. Ötən illə müqayisədə 11 pillə irəliləyən Bakı bahalığa görə Yerevan (187) və Tbilisi (194), həmçinin bəzi Avropa şəhərlərini geridə qoyub. Belə ki, Praqa 92, Brüssel və Lüksemburq 56, Berlin 68-ci yerdədir.
Baxmayaraq ki, yaşayış səviyyəsi müqayisə ediləndə Azərbaycan Avropa ölkələrindən xeyli geridə qalır. Belə olan halda Bakının bahalı şəhər kimi Avropa şəhərlərini geridə qoymasının səbəbi nədir?
İqtisadçı-ekspert Samir Əliyev Bakının bahalı şəhər olmasının əsas səbəbi kimi rəqabətin olmamasını göstərir. Ekspertin sözlərinə görə, bir çox parametrlərə görə Bakıda qiymətlər hətta Avropa şəhərlərindən də xeyli bahadır: “Bakıda ev kirayəsi Avropa şəhərlərindən bahadır. Amma həmin ölkələrdə əhalinin gəlirləri, orta aylıq əmək haqqı, yaxud digər göstəricilər burdan dəfələrlə çoxdur. Bakının bahalı şəhər olmasının birinci səbəbi Azərbaycanda rəqabətin olmamasıdır. Göstərilən xidmətlər də qiymətinə uyğun deyil”.
Ekspertin fikrincə, yerli sahibkarlara şəraitin yaradılmaması rəqabətsiz mühitə gətirib çıxarıb. Bu da nəticədə qiymətlərin baha olmasına səbəb olur.
Ekspert bahalığın ikinci səbəbi kimi korrupsiya və rüşvəti göstərdi. Sahibkarlar süründürməçiliklə üzləşir, əlavə xərc ödəməli olur. Bu xərc isə nəticədə məhsulun maya dəyərinə ciddi təsir edir.
S.Əliyevin sözlərinə görə, bahalığın başqa bir səbəbi gizli iqtisadiyyatın mövcudluğudur. Bu da təxminən 60% təşkil edir. Əmək haqqı aşağı olan insanlar əlavə qazanc mənbəyi axtarır. Vergidən yayınma halları baş verir. Qeyri-rəsmi vəsaitin dövriyyəsinə görə də Azərbaycanda qiymətlər bahadır.
Fizzə


