Robbenin oğlu Hollandiya üçün belə ağladı VİDEO

YouTube video portalında Argentinaya penallaşma ilə uduzan Hollandiya yığmasının hücumçusu Aryen Robbenin stadionda tamaşaçılar arasında olan oğlunun oyun bitəndən sonra necə ağladığını göstərən kadrlar yayılıb. Robben həyat yoldaşı və oğlunun oturduğu tribunaya yaxınlaşır. Bu zaman anasının qucağında olan uşaq ağlamağa başlayır. Robben isə tribunanı stadiondan qoruyan şüşə sədd arxasından onlara əl edərək məyus halda geri dönür.