Türkiyənin Şanlıurfa şəhərində mərkkəzi parklardan birində maraqlı olay baş verib. Parkda qoyulmuş “Su daşıyan qız” heykəlinin başına yaylıq, belinə isə şal bağlanıb. Bəlli olub ki, heykəlin başını-belini bağlayan Şahin Akgüler adlı şəhər sakinidir.
Akgüler hərəkətini belə əsaslandırıb ki, heykəl bir çox sakinləri narahat edir. Onun müəyyən yerlərini xüsusən Ramazan ayında örtmək lazım olduğunu düşünüb. Buna görə də başına yaylıq, belinə də şal bağlayıb.
Heykəlin bu halı onu görən sakinləri maraq və heyrətinə səbəb olub.
azadliq.info