Azərbaycan milli operasının banisi, dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, nazirlik qeyri-maddi mədəni irsin təbliği və təşviqi, mədəni müxtəlifliyinin qorunması sahəsindəki genişmiqyaslı fəaliyyətinin bir hissəsi kimi UNESCO çərçivəsində qeyd edilməsi məqsədilə bu əsərin də namizədliyini təqdim edib. Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi 2012-2013-cü illərdə UNESCO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə olunub. Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümümbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar UNESCO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.