Oliqarxlar niyə regionlara sərmayə qoymur?

Qubad Ibadoğlu: «Regionların biznes potensialı az olduğuna görə, dah çox mərkəzə sərmayə yatırılır»

Ölkə başçısı demək olar ki, bütün tədbirlərdə, müşavirələrdə ölkənin iqtisadi inkişafından danışır və əsasən də regionların inkişafını qabardır. Ancaq bu fikirlərin reallığı əks etditmədiyini sübut etmək o qədər də çətin deyil.

Belə ki, regionlarda yaşayan gənc və orta yaşlı insanların Rusiyaya üz tutması, yaxud Bakıda fəhləlik etməsi danılmaz faktdır. Yəqin ki, regionda az da olsa qazanmaq imkanı olsaydı bu adamlar Bakıda kirayədə qalıb fəhlə işləməzdi. Real mənzərə onu göstərir ki, regionların inkişafı rayon mərkəzlərindəki “Heydər park”ları, “Heydər  muzeyləri”ndən ibarətdir.

Ancaq, regionların çətin vəziyyətini rəqəmlərin dili ilə də isbat etmək olar. Azərbaycan Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə cəlb olunan əmanətlərin 93 faizi, kredit qoyuluşunun isə 85 faizi yalnız Bakının payına düşür. Iyulun 1-nə olan statistikaya görə, banklar tərəfindən ölkə üzrə cəlb edilən əmanətlərin ümumi həcmi 6,6 milyard manat, kredit qoyuluşunun isə həcmi 16,6 milyard manat təşkil edib.ÿRegionlarda əsasən, kiçik sahibkarlıqdır, orta və böyük biznes, ümumiyyətlə, yoxdur. Ona görə də kommersiya bankları tərəfindən bölgələrə kreditlərin verilməsi çox məhduddur. 

Yuxarıdakı rəqəmlərdən də aydın görünür ki, banklar regionlara çox cüzi miqdarda pul ayırır, bu da bölgələrin müflisləşməsinə, balansın pozulmasına gətirin çıxarır. Eyni zamanda bir reallıq da meydana çıxır ki, ötən illər ərzində regionların inkişafına ayrılan milyardlar ünvanına çatmayıb.

Heç kimə sirr deyil ki, Azərbaycanda bankların böyük əksəriyyəti hakim ailəyə və nazirlərə məxsusdur. Burdan belə nəticə çıxır ki, hökumətin başında oturan şəxslər regionlara kreditlərin verilməsində, sahibkarlara yardım edilməsində maraqlı deyillər. Deməli, bugün regionların investisiyadan  məhrum olmasının, bölgələrin banklardan faydalana bilməməsinin əsas səbəbkarı oliqarxlardır.

Iqtisadçı ekspert Qubad Ibadoğlu bildirdi ki, regionların biznes potensialı az olduğu üçün banklar mərkəzdə fəaliyyətə üstünlük verirlər: “Regionların potensialı aşağı olduğuna görə, banklar bu sahəyə maraq göstərmir. Ümumiyyətlə büdcə gəlirlərinin 96 faizi mərkəzdə formalaşır. Yalnız, 4 faizi regionların payına düşür. Banklar əsasən əmlakın girov qoyulması ilə kredit verir ki, regionda bu baxımdan da əlverişli şərait yoxdur. Banklar biznes riskinin çox olduğu üçün, regionlara sərmayə yatırmır. Ümumiyyətlə mərkəzlə müqayisədə regionlarda sahibkarlıq fəaliyyəti məhduddur. Regionlara əsasən Sahibkarlar Yardım Milli Fondu sərmayə ayırır. Ona görə də regionda olanlar çalışırlar ki, daha az faizli və uzunmüddətli kredit almaq üçün bu fonddan istifadə etsinlər”.

Akif