Əliyevin ənənəvi kursu nə vəd edir?

“Hakimiyyət balanslı siyasətdən əl çəkmir, yüksək səviyyəli Qərb nümayəndələri ilə görüşlər keçiriləndə dərhal Rusiya tərəfi ilə də görüşlər keçirilir”

Hakimiyyətin illərdi balanslı xariji siyasət adı altında davam etdirdiyi kurs iflasa uğrasa da, dövlət başçısının Azərbayjanın xariji ölkələrdəki səfirlərlə görüşündə səsləndirdiyi fikirlər rəsmi Bakının bu mövqeyindən çəkinmək niyyətində olmadığını ortaya qoydu. İlham Əliyev Azərbayjanın xariji əlaqələrində ikitərəfli formata üstünlük verdiyini açıqladı. Dövlət başçısı bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı maraqlar üzərində qurulan münasibətlərin tərəfdarı olduğunu deyib. 

Qeyd edək ki, Əliyev çıxışlarında nə Azərbayjanın Avropaya inteqrasiya edəjəyini, nə də Rusiyanın təkliflərinə razılıq verəjəyini demir. Lakin əvvəlki illərdən fərqli olaraq istər Qərb, istərsə də Rusiya Azərbayjan hakimiyyətinin bu mövqeyi ilə razılaşmır. Məhz bu səbəbdən də yüksək rütbəli Avropa təmsilçilərinin Bakıya səfərindən dərhal sonra Kreml nümayəndələri Azərbayjana səfər edir. Bu səfərlər zamanı Azərbayjan hakimiyyəti qarşısında seçim tələbinin qoyulduğu da istisna edilmir. Eyni zamanda Brüssel də geri çəkilmək niyyətində deyil. Ötən ay Ukrayna, Moldova və Gürjüstanla imzalanan Assosiasiya Sazişindən sonra növbəti hədəfin Azərbayjan olajağı gözlənilir. 

Xatırladaq ki, Avropa komissiyanın prezidenti Coze Manuel Borrozo Avropa Birliyi ilə Azərbayjan arasında “Strateci modernləşmə əməkdaşlığı” sazişinin imzalanajağını bəyan etdi.

Lakin rəsmi Bakının tərəflərdən biri ilə əldə etdiyi hər hansı razılaşma, yaxud verilən vəd digər tərəfin sərt mövqeyi ilə qarşılanır. Belə olan halda hakimiyyətin balanslı siyasətinin bundan sonra uğur gətirəjəyini demək olarmı?

“Turan” agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin balanslı siyasətdən əl çəkmədiyini deyir. Bu realdır ki, yüksək səviyyəli Qərb nümayəndələri ilə görüşlər keçiriləndə dərhal Rusiya tərəfi ilə də görüşlər keçirilir. Bu görüşlər təxminən eyni vaxta təsadüf edir. Qəbələ biznes-forumu, Rusiya nümayəndələrinin, o sıradan xariji işlər naziri Lavrovun Azərbayjana səfəri ölkədə keçirilən AŞ PA-nın, ya da NATO-nun tədbirləri ilə eyni vaxta salınır. Bu da hakimiyyətin balansı saxlamaq niyyətinin birbaşa göstərijisidir. Ona görə də hər hansı dəyişiklik gözlənilmir. 

Fizzə