
Cinayətkar dəstə zərərsizləşdirildi; rəis müavini yaralandı
Cəlilabad Rayon Polis Şöbəsinin və Baş Mütəşəkkli Cinayətkarlıqla Mübarizə Idarəsinin birgə keçirdikləri əməliyyat zamanı rayonda cinayətkar qrup zərərsizləşdirlib.
Cəlilabad rayon sakinləri Sübhan Əliyusif oğlu Isayev, Bəhrəm Hüseyinbala oğlu Kərimov, Şahin Səbirəli oğlu Mahmudov, Zamiq Mirixan oğlu Raziyev, Cavid Cahangir oğlu Qurbanov, Xəqani Mirnizam oğlu Əhmədov əvvəlcədən əlbir olaraq, qrup halında rayon ərazisndə müxtəlif vaxtlarda evlərə silahlı basqın ediblər. Onlar pul tələb edib, nakotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olub. Eləcə də, imkanlı şəxslərin ovladlarını oğurlayaraq, valideyinlərindən onun müqabilində küllli miqdarda pul tələb ediblər. Aparılan əməliyyat zamanı dəstə üzvlərinin 5-i saxlanılıb.
Əməliyyat zamanı Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Səfər Nuriyev müxtəlif bədən xəsarətləri alıb. Saxlanılanlar arasında olan Cavid Qurbanov əvvəllər Cəlilabad Rayon Polis Şöbəsində pasport qeydiyyat şöbəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.







