İyulun 4-də məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilən gənc bloqçu və facebook fəalı, vicdan məhbusu Ömər Məmmədova mənəvi-psixoloji təzyiqlər başlayıb. Bu barədə NİDA vətəndaş hərəkatı məlumat yayıb.
Məlumatda deyilir ki, Ö.Məmmədovun qaldığı kamera ən pis şəraiti olan kamera ilə əvəzlənib. Ona heç bir qəzet verilmir. İyulun 5-də onu ziyarətə gedən valideyinlərinə ciddi əngəllər yaradılıb, görüşə icazə verilməyib. İsrar və uzun yoxlamalardan sonra valideynləri Ömərlə görüşə bilib.
Ö.Məmmədov hazırda Şüvəlan təcridxanasında saxlanılır.
Ö.Məmmədova belə münasibətin onun məhkəmədəki son sözü ilə bağlı olduğu güman edilir.


