DÇ-2014-ün 1/4 final mərhələsinə yekun vuruldu. Son oyunda Hollandiya və Kosta Rika milliləri qarşılaşdı. Oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdı.
Penaltilər seriyasında isə daha Hollandiya yığması dəqiq oldu. (4-3)
Dəqiq vurulan penaltilər: Borges (Kosta-Rika), Robin van Persi (Hollandiya), Aryen Robben (Hollandiya), Qonzales (Kosta-Rika), Uesli Sneyder (Hollandiya), Bolanos (Kosta-Rika), Dirk Kuyt (Hollandiya)
Dəqiq vurulmayan penaltilər: Bryan Ruiz, Umaniya (hər ikisi Kosta-Rika)
Beləliklə 1/2-də Argentinanın rəqibi Hollandiya oldu.