DÇ-2014: Braziliya finala bir addım da yaxınlaşdı

Dünya çempionatının 1/4 final mərhələsinin daha bir oyunu başa çatdı. Günün ikinci oyununda Braziliya və Kolumbiya milliləri qarşılaşıb. Oyunda meydan sahibləri 2-1 hesabı ilə qələbə qazandı. 

Qollar: Tiaqo Silva, 8 (1:0), David Luiz, 75 (2:0), Rodriges, 80 (2:1) 

Artıq 1/2 finalın ilk cütlüyü bəlli olub. Braziliya Almaniya yığması ilə qarşılaşacaq.