Mətbuat konfransında uşaq kimi ağladı VİDEO

Yaponiyada Ryutaro Nonomura adlı bir siyasətçi internetə düşən bir videosu ilə birdən-birə populyarlaşmağa başlayıb. 47 yaşlı Nonomura Hyoqo əyalətində məclis üzvüdür. O, 3 milyon yapon ieni (təxminən 60 min manat) məbləğində dövlət vəsaitini təyinatından kənar xərcləməkdə ittiham olunur. Nonomura mətbuat konfransı keçirərək bu ittihamı təkzib etmək istəyib. Lakin tədbirin gedişində masanı yumruqlayaraq uşaq kimi ağlamağa başlayıb. Onun bu hərəkətini əks etdirən video isə bir anda paylaşım rekordu qırıb.