AXCP yubileyə hazırlaşır

İyunun 30-da AXCP Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran cari vəzifələr müzakirə olunub.
Rəyasət Heyəti üzvləri partiyanın 25 illik yubileyinə hazırlıq məsələsini də müzakirə ediblər. Məlumat verilib ki, yubileyin keçirilməsinə yer ayrılması üçün artıq bir həftə əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib. Hələlik məktuba cavab verilməyib.
Xatırladaq ki, partiyanın təsis günü iyulun 16-dır.