Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin oyunları başa çatıb. Artıq pley-off mərhələsinin bütün 16 iştirakçısı məlumdur.
Maraqlıdır ki, 16 komandadan ancaq dördü maksimum 9 xal toplaya bilib. Bunlar Kolumbiya, Hollandiya, Argentina və Belçika yığmalarıdır.
DÇ-2014
1/8 final mərhələsi
28 iyun
21:00 Braziliya – Çili
Belo Horizonte. “Mineyran” stadionu
29 iyun
01:00 Kolumbiya – Uruqvay
Rio-de-Janeyro. “Marakana” stadionu
21:00 Hollandiya – Meksika
Fortaleza. “Kastelan” stadionu
30 iyun
01:00 Kosta-Rika – Yunanıstan
Resifi. “Arena Pernambuko”
21:00 Fransa – Nigeriya
Braziliya. “Nasional” stadionu
1 iyul
01:00 Almaniya – Əlcəzair
Portu-Aleqri. “Beyra-Rio” stadionu
21:00 Argentina – İsveçrə
San-Paulo. “San-Paulo” stadionu
2 iyul
01:00 Belçika – ABŞ
Salvador. “Fonte-Nova” stadionu