Qəzzafinin iqamətgahı bombalandı

Aviəzərbələrin hədəfi Liviya diktatorunun özü olub

NATO aviasiyası Liviya diktatoru Müəmmər Qəzzaif rejiminə qarşı əməliyyatları davam etdirir. Onun paytaxt Tripolidəki Bab-əl-Əziziyə iqamətgahına güclü zərbələr endirib, nəticədə 45 nəfər yaralanıb. 

Yayılmış məlumatlara görə, diktatorun iqamətgahına 4 güclü bomba və ya raket düşüb, üç binaya ciddi zərər dəyib. Qəzzafinin müşavirə keçirdiyi binalardan birinin damı uçub. Yaralılardan 15-nin vəziyyəti ağırdır. Liviyanın hökumət nümayəndəsi isə bildirib ki, zərbənin hədəfi Qəzzafinin özü olub.

\

 

 

 

 

 

İnformasiya şöbəsi