DÇ-2014: Almaniya və ABŞ 1/8-ə, Portuqaliya isə evə yollandı

Bu gün DÇ-2014-ün qrup mərhələsinə yekun vurulacaq. 

G qrupunda Portuqaliya Qana ilə, Almaniya isə ABŞ-la qarşılaşıb. Portuqaliya Qananı 2-1 hesabı ilə məğlub etsə də, bu növbəti mərhələyə keçmək üçün yetərli olmadı. Digər oyunda isə Almaniya ABŞ-ı 1-0 hesabı ilə məğlub etdi. Bu hesab Almaniya və ABŞ-ı növbəti mərhələyə, Portuqaliya və Qananı isə evə yolladı. 

1/8 mərhələdə Almaniya H qrupunda ikinci yer tutacaq komanda ilə, ABŞ isə qrupun lideri ilə qarşılaşacaq.