ABŞ prezidentinin təsvirini səhvən Kris Smollinqin şəkilinin yerinə vurublar
ABŞ prezidenti Barak Obamanın portreti Britaniya istehsalçıları tərəfindən səhvən futbol üzrə dünya çempionatının suvenirlərində istifadə edilib. Obamanın təsvirini səhvən “Mançester Yunayted” klubunun və İngiltərə yığmasının müdafiəçisi Kris Smollinqin şəkilinin yerinə vurublar.
Suvenirlər topdan satış üçün “Wholesale Clearance” diskontuna daxil olub. ABŞ prezidentinin təsviri bardaqların üstündə olub. Obamanın “futbolçu” təsvirli iki min ədəd bardaqlar 2 min funt (3400 dollar) təklif edilib.
Bu hadisə aşkar olduqdan sonra, istehsalçı şirkət (onun adı məlum deyil) “Wholesale Clearance” əlaqə saxlayaq Obamanın təsviri olan suvenirləri satışdan çıxarmağı istəyib. İstehsalçı səhvə görə, dizayneri günahkar sayıb.
“O Avropa futbolunu anlamır, reqbini daha çox sevir”, – deyə şirkətdən izahat veriblər.