FİFA uruqvaylı hücumçu Suaresin italiyalı rəqibini dişləməsi ittihamı ilə araşdırmaya başlayıb. Əgər Suaresin günahı sübut olunsa, onu 24 oyunadək qadağa gözləyir.
FİFA Uruqvay tərəfə öz dəlillərini təqdim etməyə iyunun 26-sı günortaya kimi vaxt verib.
Suares 2010 və 2013-cü illərdə rəqiblərini dişləməyə görə 2 dəfə cəzalanıb.
Suares iyunun 24-də İtaliya ilə oyunda rəqibi Chiellinini dişlədiyini nə təsdiq, nə də inkar edir. Ancaq televiziya kameraları onun rəqibini dişlədiyini deəyə əsas verir.