Fars körfəzi ölkələrinin dəstəyi hazırda IŞID-in maliyyələşdirilməsində ən böyük mənbədir
Bəzi qiymətləndirmələrə görə, IŞID – dünyanın ən varlı terror təşkilatıdır. Onun hesabında ən azı 2 mlrd dollar vəsait var. Terrorçuların kimlər tərəfindən maliyyələşdirildiyini Almaniyanın DW nəşri araşdırıb.
Iraqda döyüşlər
Iraqın şimalında Mosulun zəbt edilməsi zamanı “Iraq və Şam Islam Dövləti” (IŞID) terror təşkilatının yaraqlıları yerli banklardan biri qarət edərək 500 mlrd iraq dinarını ələ keçirib. Hazırkı məzənnə ilə bu 420 mln dollar təşkil edir.
Iraq hakimiyyətinin qiymətdəndirməsinə görə, ekstremistlərin kassasında hərbi əməliyyatların aparılmasına xərclənəcək 2 mlrd dollara yaxın vəsait var. Bu arada hələ terrorçuların hesabına pulların hardan gəldiyini aydın deyil.
Vəsait mənbəyi – Fars körfəzi ölkələri?
Əsasən şiələrdən ibarət Iraq hökuməti Sudiyə Ərəbistanını IŞID terrorçularını maliyyələşdirməkdə ittiham edir. Bu günlərdə Iraqın baş naziri Nuri əl-Maliki yaraqlıların maliyyələşməsi və onlara verilən mənəvi dəstəyə görə məsuliyyətin Səudiyyə Ərəbistanının üzərində olduğunu bəyan edib.
Səudiyyə hakimiyyətinin ən nüfuzlu müttəfiqi olan Birləşmiş Ştatlar bu ittihamları rədd edib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki Iraqın baş nazirinin bəyanatını “səhv və alçaldıcı” adlandırıb.
Amerikanın Brookings Institution araşdırma mərkəzinin Qətərdəki bölməsinin eksperti Çarls Lister iddia edir ki, IŞID-in bir təşkilat kimi yaradılmasında yaxud maliyyələşdirilməsində əli olan hakimiyyət və ya ölkə ilə bağlı heç bir rəsmi sübut yoxdur. Ancaq bu nəzər nöqtəsi ilə heç də hamı razılaşmır.
Mayns universitetinin ərəb dünyasını araşdırıması mərkəzinin direktoru Günter Mayer əmindir ki, Fars körfəzi ölkələri, ilk növbədə Səudiyyə Ərəbistanı, həmçinin Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi hazırda IŞID-in maliyyələşdirilməsində ən böyük mənbədir.
DW nəşrinə müsahibəsində ekspert bildirib ki, Fars körfəzi ölkələri Suriyada Bəşər Əsəd rejimi ilə mübarizələrində dəstək vermək üçün IŞID kimi qruplaşmaların maliyyələşdirilməsində maraqlıdır. Suriya əhalisinin dördə üç hissəsini sünnilər təşkil edir, ancaq ölkənin hakim elitası, o cümlədən prezident Əsəd əsasən ələvilərdi.
Neft gəlirləri və zorla pul qoparma
Bununla belə Səudiyyə hakimiyyəti bu yaxınlarda axır ki, IŞID-dən gələn təhlükəni etiraf edib. “IŞID-in əcnəbi yaraqlılarının əsas kontingentini Səudiyyə Ərəbistanından olan mühacirlər təşkil edir. Evə dönərkən onların Səudiyyə hakimiyyətinə qarşı çıxış etmək riski var”, – deyə Mayer izah edir.
Bununla belə ekspert hesab edir ki, Səudiyyə Ərəbistanından IŞID-in hesabına vəsaitlərin daxil olmasının davam etdiyini ehtimal etmək üçün əsaslar var. “Vəsaitlər Səudiyyə hakimiyyətindən çox varlı səudiyyələrindən daxil olur”, – deyə o qeyd edib.
Iraqdakı neft emalı zavodları uğrunda döyüşlər
Terror təşkilatı üçün daha bir maliyyə mənbəyi – Suriyanın şimalındakı neft yataqlarıdır. IŞID bu yataqlar üzərində nəzarəti ələ ala bilib. Nəticədə neft yük maşınları ilə sərhəddən Türkiyəyə daşınır.
Brookings Institution-in eksperti Çarls Listerin fikrincə, təşkilat özü üçün maliyyələşdirmənin əhəmiyyətli hissəsini təmin etmək gücündədir: cəmiyyətdə yaxşı qurulmuş əlaqələr şəbəkəsinin hesabına təşkilat daim maliyyə axını mənbələri tapa bilir. Nümunə kimi Lister yaraqlıların zəbt etdiyi Mosulda mütamadi olaraq hədə yolu ilə zorla pul qoparılmasını göstərir. “Hədə ilə pul qoparılmasından kiçik biznes və iri şirkətlər, tikinti şirkətləri əziyyət çəkir. Şaiyələrə inansaq, hətta yerli hakimiyyət nümayəndələrinin də pul qoparılır, – deyə ekspert hesab edir. – Bundan əlavə, şübhələr var ki, təşkilat tam nəzarətə aldığı regionlara vergi yükü qoyub. Misal kimi Suriyanın şimal-şərqində yerləşən Rakka şəhərini göstərmək olar”.
IŞID-in hesabına keçmiş Iraq diktatoru Səddam Hüseynin ətrafından da pul köçürülməsi ilə bağlı ehtimalları Mayns universitetindən olan Günter Mayer əsassız hesab edir. Onun fikrincə, IŞID yaraqlıları və Səddam Hüseynin keçmiş silahdaşlarının məqsədləri və hədəfləri tamamilə başqadır. Aydındır ki, hər iki tərəf ölkənin şiə rəhbərliyinin devrilməsinə nail olmaq istəyir. Ancaq IŞID Iraqda islam teokratiyasını bərqərar etmək istəyir. Səddam Hüseynin “Baas” partiyasından olan sünnilər isə ölkədə dünyavi demokratiyanın bərqərar olunmasını tələb edir, – deyə ekspert izah edib.
Cihad üçün pullar
Mosuldakı mərkəzi bankı soyandan sonra IŞID yaraqlıları böyük həcmdə vəsait – 429 mln dollara yaxın pul əldə edib. Şəhərdə və təşkilatın nəzarətə aldığı digər regionlarda başqa banklar da qarət edilib.
Yaxın Şərqdəki münaqişə barədə Brovn Moses təxəllüsü ilə yazan britaniyalı bloger Eliot Xiqqins Twitter səhifəsində qeyd edib ki, sərəncamında 429 mln dollar olan IŞID bir il müddətində 60 min yaraqlıya ayda 600 dollar məvacib ödəyə bilər.
Bəzi hesablamalar görə, IŞID-də 10 minə yaxın yaraqlı var. Təşkilatın vəsaitləri hansı formada xərclədiyi dəqiq bəlli deyil. “Ehtimallar var ki, IŞID ancaq əcnəbilərə pul ödəyir, ancaq bütün yaraqlıların da pul aldığı mümkündür” – deyə Çarls Lister ehtimal edir. Onun sözlərinə görə, IŞID nəzarətində olan regionlarda çörək, su və yanacağa görə dotasiya ödəyir, həmçinin məişət xidmətlərinin təmirini və işini maliyyələşdirir. Bütün bunlara xeyli pul sərf olunur” – deyə ekspert qeyd edir.
Günter Mayer istisna etmir ki, təşkilatın sərəncamında olan vəsaitlərin bir hissəsi silah alınmasına sərf ediləcək. Mosulun zəbt edilməsi zamanı yaraqlılar xeyli sayda Amerika istehsalı olan silah və nəqliyyat vasitələri əldə edib. Hazırkı maliyyə imkanları ilə IŞID üçün dünya silah bazarından böyük həcmdə yüksək keyfiyyətli silah almaq heç bir çətinlik yaratmır.
Fizzə


