DÇ-2014: Uruqvay 1/8-də, İtaliya evə yollanır

Dünya çempionatında qrup mərhələsinin III turunun görüşləri davam edir. D qrupda artıq 1/8 finalda oynamaq hüququ əldə edən Kosta Rika millisi mundialla vidalaşan İngiltərə ilə qarşılaşıb. Oyuda hesab açılmayıb. Bu nəticə Kost Rikanı qrup lideri edib. İtaliya və Uruqvay yığmalarının görüşündə isə bu qrupda 1/8 finala vəsiqə qaazanacaaq ikinci komanda müəyyənləşməli idi. İtaliya yığmasını heç heçə də qane edirdi. Lakin Uruqvay 1-0 hesabı ilə qələbə qazanaraq İtaliya millisini dünya çempionatında kənarda qoyub. Oyunda yeganə qolu 81-ci dəqiqədə Dieqo Qodin vurub. 

1/8 mərhələdə Kosta Rika C qrupunda ikinci yer tutan komanda ilə, Uruqqvay isə  C qrupunun lideri ilə üz-üzə gələcək.