Putin Obama ilə danışdı

Tərəflər Poroşenkonun sülh planını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. Tərəflər arasında telefon söhbətinin əsas mövzusu Ukrayna prezidenti Petro Poroşenkonun sülh planının reallaşdırılmasının müzakirəsi olub.

Bu haqda Kremlin rəsmi saytında bildirilir. 

“Putin vurğuladı ki, cənub-şərq regionlarında vəziyyətin normallaşması üçün prioritet döyüş əməliyyatlarının real dayandırılması və qarşı tərəflərin danışıqlara başlamasıdır”, – Kremlin rəsmi saytında qeyd olunur. (ans)