Poroşenko ruslara səsləndi

Ukrayna prezidenti rusları əməliyyatların getdiyi zonaya dəvət edib

Ukrayna prezidenti Petro Poroşenko Rusiyaya respublikanın şərqinə müşahidəçilər gondərməyi təklif edib. Prezident rusları terrorçulara qarşı hərbi əməliyyatların getdiyi zonaya dəvət edib.

Bu haqda prezidentin rəsmi saytında məlumat verilib. Poroşenko bu haqda Avropa Şurasının prezidenti Herman Van Rompuyla telefon söhbətində bildirib. 

Poroşenkonun sözlərinə görə, Rusiya Federasiyasının nümayəndələri ATƏT-in missiyası çərçivəsində Donetsk ərazisində yerləşən blok-postlarda müşahidə apara bilərlər. (ans)