DÇ-2014: Portuqaliya “ölümdən” son anda döndü

2014 Dünya Çempionatı G qrupunda ABŞ və Portuqaliya qarşılaşması ilə davam edir. Hesab 1:0 Portuqaliyanın xeyrinədir. Qolu 5-ci dəqiqədə Nani vurdu.

64-cü dəqiqədə Ceyms Consun vurduğu qolla ABŞ hesabı bərabərləşdirdi – 1:1

82-ci dəqiqədə ABŞ-ın növbəti hücumu qolla nəticələndi. Komandanın kapitanı Dempsi cərimə meydançasında Zusinin qapıya doğru atdığı topu özünü divar etməkllə tora göndərdi. Hesab 2:1

Portuqaliya əlavə edilmiş dəqiqələrin lap sonunda vurduğu qolla hesabı bərabərləşdirdi. 95-ci dəqiqədə Ronaldonun qapı qarşısına göndərdiyi topu Varela dəqiq baş zərbəsi ilə tora daxil etdi.