2014 Dünya Çempionatının H qrupunda günün ikinci oyunu Əlcəzair və Cənubi Koreya arasında keçirilir.
İndiyədək DÇ final oyunlarında qrupdan çıxa bilməyən Əlcəzair 11 dəqiqədə vurduğu 3 qolla C.Koreyanı şoka saldı.
Qolları 26-cı dəqiqədə Slimani, 28-ci dəqiqədə Halliçe, 37-ci dəqiqədə Cabou vurdular.
Oyunun birinci hissəi bu hesabla başa çatdı.
Fasilədən sonra C.Koreya hesab arasındakı fərqi 2-yə endirdi. Komandanın ən yaxşılarından Song cərimə meydançasında kürəyinə dəyən topu ram edərək qapıçı Raisin ayaqları arasından qapıya göndərdi.
Bir neçə dəqiqə sonra Əlcəzair bu qolun əvəzini çıxdı. Brahimi vurduğu qolla hesab 4:1-ə yüksəltdi.
72-ci dəqiqədə C.Koreya növbəti hücumla fərqi yenidən 2 topa endirdi. 4:2
Qarşılaşma 4:2 hesabı ilə də başa çatdı və Əlcəzair 32 ildən sonra DÇ-nın final oyunlarında ilk qələbəsini qazandı.