Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. H qrupunda iki oyun keçirilib. İlk oyunda Belçika və Rusiya yığmaları qarşılaşıb. Oyun Belçika yığmasının 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 88-ci dəqiqədə Oriqi vurub. Bu qələbə hesabına Belçika yığması 1/8 mərhələyə vəsiqəni təmin edib. Rusiyanın isə növbəti mərhələ şansları bir qədər də azalıb.
Qrupun digər matçında Cənubi Koreya və Əlcəzair yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu oyun saat 00:00-də başlaycaq.