İranlı qadınlar Dünya Çempionatına möhür vurdu FOTO

2014 Dünya Çempionatında İran yığmasının Argentinaya göstərdiyi ciddi müqavimət bəlkə də çoxlarını heyrətləndirdi. Amma bundan da heyrətamizi iranlı qadın azarkeşlərin göstərdiyi cəsarətdir. Həm İranda ictimai yerlərdə, həm də Braziliyada stadionda onların öz komandalarını hansı çılğınlıq, geyim və göstəri ilə izləməsi dünya mediasının mövzusuna çevrilib.
Xarici mətbuat yazır ki, İranda Dünya Çempionatına ictimai yerlərdə baxmaq qadağan edilib. Xüsusən də qadınların kişilərlə birlikdə ictimai yerdə oturması ciddi qayda pozuntusu sayılır. Amma futbol sevgisi İran hökumətinin bu qadağalarını darmadağın edib. İranlı azarkeşlər qadın-kişi bir yerdə həm ekran başında, həm də stadionda özlərini bir çox başqa ölkələrin futbolsevərlərilə eyni dərəcədə Dünya Çempionatının həyacanına təslim ediblər.
Bu çempionat isə tarixə həm də iranlı qadın azarkeşlərin bu rəngarəng fotoları ilə düşəcək.