Dünyanın ən böyük teleskopu quraşdırılır VİDEO

Diametri 39.3 metr olacaq güzgü kosmosun ən ucqarlarına qədər nüfuz etmək imkanı verəcək

İyunun 19-da Avropa Cənub Rəsədxanasının (ESO) nəhəng layihəsi üçün ilk tikinti işləri başlayıb. 16 ay ərzində Çilidəki məşhur Atakama səhrasında ucalan Amazon dağının hündürlüyündən (3064 metr) 18 metr silinəcək. Burada 220 min kubmetr həcmində (70 Olimpia hovuzu boyda) suxurlar çıxarılaraq 2 futbol meydançası ölçüsündə sahə düzəldiləcək və Ən Böyük Avropa Teleskopu (European Extremely Large Telescope – E-ELT) quraşdırılacaq.
E-ELT Avropa Cənub Rəsədxanasının yeni astronomiya təhqiqatları layihəsidir. Bu teleskopun nəhəng güzgüsü dünyada ən böyük olacaq – diametri 39,3 metr. Bu teleskopla astronomlara səmanın indiyə qədər kəşf edilmiş ən ucqar hüdudlarından daha uzaqlara baxmağa imkan verəcək. Səmadakı ən ucqar cisimləri də müşahidə etmək mümkün olacaq. Teleskopun quraşdırılması təxminən, 1.1 milyard avroya başa gələcək. Proyektə 15 ölkə cəlb olunub. Bunarın sırasında Almaniya, Avstriya, Belçika, Danimarka, Niderland, Portuqaliya, İsveç, Çexiya, İngiltərə və başqaları var.

azadlıq.info