“Azərbaycan İraq türkmənlərinə yardım etməlidir”

“Azərbaycan dövləti İŞİD terroru ilə üz-üzə qalan İraq türkmənlərinə yubanmadan yardım etməlidir”. Bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün facebook səhifəsində yazıb. Onun fikrincə, Türkiyə İraq türkmənlərinin müdafiəsinə etinasız yanaşır və bu yanaşmanı dəyişdirmək üçün rəsmi Bakı “ən yüksək səviyyədə təşəbbüs göstərməlidir”.
F.Qəhrəmanlı Azərbaycan hakimiyyətini türkmənlərə birbaşa yardım göndərməyə də səsləyib: “Eyni zamanda İraq türkmənlərinin müdafiə ehtiyaclarını ödəmək üçün maddi yardımların və ilkin zəruri texniki dəstəyin birbaşa şəkildə çatdırılmasına səy göstərilməlidir. Bu bizim üçün həm insanlıq, həm də milli məsələ hesab olunduğuna görə problem həll edilənə qədər məsələnin dövlət səviyyəsində diqqətdə saxlanılmasına ehtiyac var”.

azadliq.info