DÇ-2014: Nigeriya Bosniya-Herseqovinanı məğlub etdi

2014 Dünya Çempionatının 1/16 mərhələsində növbəti oyun F qrupunda Nigeriya və Bosniya-Herseqovina komandaları arasında keçirilib. Oyun 1:0 hesabı ilə Nigeriya millisinin xeyrinə başa çatıb. Qolu birinci hissədə Peter Odemvinqin vurub.

Beləliklə, tarixində ilk dəfə Dünya Çempionatına çıxmağı bacaran Bosniya-Herseqovina yığması 1/8 finala yüksəlmək şansını itirib.