DÇ-2014: Almaniya Qananın öhdəsindən gələ bilmədi

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. G qrupunda ikinci turun oyunları çərçivəsində Almaniya və Qana milliləri qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib. Gərgin keçən oyunda Almaniya və Qana 2-2 hesablı bərabərlik qeydə alınıb. Bu qrupda növbəti mərhələyə keçəcək komandaların adları son turda müəyyənləşəcək.

Qollar: Mario Qötze, 51 (1:0), Andre Ayyu, 54 (1:1), Asamuah Qyan, 63 (1:2), Miroslav Kloze, 71 (2:2)