Belarusda hüquq müdafiəçisi həbsdən buraxıldı, Azərbaycanda isə təqib edilir
Belarusda hüquq müdafiəçisi Ales Belyatski həbsdən azad edilib. Bu barədə yerli mətbuata hüquq müdafiəçisinin həyat yoldaşı məlumat verib. Qeyd edək ki, Ales Belyatski 2011-ci ilin avqustun 4-də həbs edilib və külli miqdarda gəlirlərini gizlətdiyinə görə əmlakı müsadirə olunmaqla 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət təqibi üçün əsas kimi Belyatskinin xarici banklardakı hesabları götürülüb. Bu vəsaitlər Ədliyyə Nazirliyinin qeydiyyata almağa imtina etdiyi «Vyasna» hüquq müdafiə təşkilatının fəaliyyətinə sərf edilib.
Hüquq müdafiəçisi 2012-2014-cü illərdə üç dəfə vicdan məhbusu kimi tanınıb və Nobel mükafatına namizədliyi irəli sürülüb.
Belarus rəhbərliyinin bu davranışı Azərbaycan hakimiyyətinə də nümunə olmalıdır. Avtoritar rejimin hökm sürdüyü Belarusda hüquq müdafiəçilərini həbsdən azad edildiyi halda Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olanlar təqib və həbs olunmaqdadır.
azadlıq.info


